01 05

Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası.[4] Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağlarıBoden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən LüksemburqBelçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dan sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir.

İQLİM

Qərbi və Mərkəzi Avropa regionlarında yerləşən Almaniya şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənub-şərqdən Avstriya, cənub-qərbdən İsveçrə, qərbdən FransaLüksemburq və Belçika, şimal-qərbdən Niderlandla həmsərhəddir. Ölkə 47° və 55° şimal paralelləri, həmçinin 5° və 16° şərq meridianları arasında yerləşir. Mərkəzi Avropanın üçüncü ən böyük gölü olan Boden gölü Almaniyaİsveçrə və Avstriya dövlətlərinin sərhədində yerləşir.[82] Almaniyanın ümumi sahəsi 357,021 km² təşkil edir ki, bunun da 349,223 km²-i quru sahədən, 7,798 km²-i isə su sahəsindən ibarətdir. Ölkə ərazisinin böyüklüyünə görə Avropada yeddinci, dünyada isə 64-cü yerdədir.[83]

Yüksəklik aralığı cənubda Alp dağlarından başlayır və şimal-qərbdə Şimal dənizi, şimal-şərqdə Baltik dənizinə qədər müxtəliflik təşkil edir. Mərkəzi Almaniyadakı meşəlik ərazidəki yaylalarla şimaldakı alçaq səviyyədə yerləşən düzənliklərə çıxış ReynDunay və Elba çayları vasitəsilə təmin olunur. Ölkə ərazisində rast gəlinən mühüm təbii resurslara dəmir filizi, kömür, potaş, linyit, uranium, mis, təbii qazduznikel və su daxildir.