pEBAd9gXTINH.jpg
6hqDzsLmEfHt.jpg
01 05

NECƏ GETMƏLİ ?
Roma İmperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutan dövlət. 

MARAQLI YERLƏRİ

XIX əsrin I yarısında İtaliyada siyasi pərakəndəlik, hökmdarların qeyri-məhdud hakimiyyəti, katolik kilsəsinin zülmü sosial-iqtisadi inkişafı ləngidirdi. İtaliyanın Lombardiya və Venesiya əyalətlərində Avstriyanın hökmranlığı, Romada papanın dünyəvi hakimiyyətinin qalması ölkənin birləşməsi yolunda ciddi maneə idi. İtaliya iqtisadi cəhətdən qabaqcıl Avropa ölkələrindən geri qalırdı.

Ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş hissələri Sardiniya krallığına məxsus Pyemont və Avstriya hakimiyyəti altında olan Lombardiya idi. XIX əsrin 30–40-cı illərində bu vilayətlərdə sənaye çevrilişi başlanmışdı. İtaliyada ilk dəmir yolları çəkilirdi.

DADLI YEMƏKLƏRİ
Venesiya Respublikası tarixi: Qədim dövrdə Adriatik dənizinin Şimal-Qərb sahillərində indiki İtaliyanın şimalında Romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük Başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi "Doj" adı daşıyırdı. Hökumət əvvəlcə Qerakleyada daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürülmüşdür daha sonra 810-cu ildə səhralı Rialtoya köçdü (daha sonra burada Venesiya yarandı). 806-cı ildə Venesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil olmuşdur. Amma artıq 812-ci ildə Venesiya Dalmasiya daxil olmaqla Bizans İmperiyasına qaytarılmışdır. Venesiya respublikası Bizans və Frank imperiyaları aralarında sərfəli və təhlükəsiz mövqeyindən istifadə edərək qısa bir müddətdə qüdrətli ticarətçi dövlətə çevrilmişdir. Venesiya flotu dəniz döyüşlərində Normanları və Sarasinləri məğlubiyyətə uğradırdılar daha sonra aşağı İtaliya deyilən yerdə Slavyanlar üzərində qalibiyyət qazanmışdılar.